Qəbələdə 10 yaşlı qız dəm qazından öldü

0
8

Dünən axşam saatlarında Qəbələ rayonunun Zarağan kəndində yerləşən fərdi yaşayış evində 2012-ci il təvəllüdlü A.Rüstəmovanın dəm qazından zəhərlənərək ölməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, rayon polis, eləcə də prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. 

İlkin ehtimala görə, hadisə uşağın vanna otağında olarkən dəm qazından zəhərlənməsi səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code