Azərbaycana qarşı olan 907-ci düzəliş ləğv edilir? – Senatda qarşıdurma

0
8

ABŞ “Azadlığa Dəstək Aktı”na qəbul edilən 907-ci düzəlişi ləğv edə bilər.

Medonline.az
 xəbər verir ki, bu məsələ bir neçə gün öncə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin iclasında müzakirə edilib.

907-ci düzəliş 30 il öncə – 1992-ci ildə erməni lobbisinin təsiri ilə Azərbaycana qarşı qəbul edilib. Düzəliş ABŞ-ın Azərbaycana yardım göstərməsini qadağan edir.

2001-ci il 11 sentyabr hadisəsindən sonra Azərbaycanın ABŞ-ın terrorizmə qarşı mübarizəsinə verdiyi töhfə 907-ci düzəlişə yenidən baxmağı gündəmə gətirdi. Həmin dövrdən etibarən düzəlişin icrası hər il təxirə salınır.

İndi isə qərarın, ümumiyyətlə ləğv edilməsi gündəmdədir. Çünki Ermənistan-Azərbaycan münaqişəsi başa çatıb və Bakı artıq ABŞ üçün daha da əhəmiyyətli oyunçuya çevrilib.

Senatdakı müzakirələrdə Xarici Əlaqələr Komitəsinin sədri, ermənipərəst Bob Menendes düzəlişin ləğvinin əleyhinə çıxıb. Lakin Bayden administrasiyası məsələnin müzakirə edilməsində və müsbət qərarın verilməsində israrlı mövqe sərgiləyir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code