Türkiyədə şəhid Milli Qəhrəman Polad Həşimovun adı əbədiləşdirilib

0
8

           Türkiyənin Kocaeli vilayətində Azərbaycanın Milli Qəhrəmanı şəhid General-mayor Polad Həşimovun xatirəsinə həsr edilən İstirahət parkının açılış mərasimi keçirilib. Mərasimdə  Kocaeli vilayəti  İzmit şəhər Bələdiyyəsinin məsul əməkdaşları, həmçinin, Kocaeli Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin rəhbər heyəti iştirak edib. Qonaqlar arasında AR Milli Məclisinin deputatları, eyni zamanda, Şəhid Milli Qəhrəman Polad Həşimovun da ailə üzvləri iştirak edib.

Xatırladırıq ki, layihənin həyata keçirilməsində Azərbaycanda fəaliyyət göstərən İSPAM Təşkilatının rəhbəri Samir Adıgözəllinin və Türkiyədə Azərbaycan naminə böyük işlər görən Bilal Dündarın da xüsusi xidmətləri var.

Şamil Sabiroğlu,

Medonline.az

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code