“Rusiya kəşfiyyatına əhəmiyyətli strateji zərbə vuruldu…” – “Mi-5” rəhbəri

0
7

“Britaniya Rusiya, Çin və İran üçlüyünün böyük təhlükəsizlik təhdidləri ilə üz-üzədir və onların hamısı öz maraqlarını həyata keçirmək üçün məcburiyyət, hədə-qorxu və zorakılıqdan istifadə edir”.

Medonline.az “Amerikanın səsi” radiosuna istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın daxili kəşfiyyat(“Mi-5”) rəhbəri Ken Makkallum çərşənbə günü bildirib

Həm düşmən dövlətlərin, həm də terror qruplarının Böyük Britaniyaya qarşı əsas təhdidlərini əks etdirən çıxışında Makkallum deyib ki, Rusiya, Çin və İranın “güclərini birləşdirərək” bir-birinə kömək edə bilməsi riski var.

Onun sözlərinə görə, Ukraynanın işğalından sonra Rusiyanın casusluq imkanlarına “əhəmiyyətli strateji zərbə” vurulub ki, bunun nəticəsində Rusiyanın Avropadakı nümayəndəliklərində diplomatik pərdə altında işləyən 400, o cümlədən Böyük Britaniyadan 23 casus qovulub.

“Bu, Rusiya kəşfiyyat xidmətlərinə ən yaxın Avropa tarixində ən mühüm strateji zərbə vurdu. Və razılaşdırılmış sanksiyalar dalğaları ilə birlikdə onların miqyası Putini çaşdırdı”- “The Guardian” nəşri isə Makkallumun çıxışından belə sitat gətirib.

Eyni zamanda”Mİ-5″ rəhbəri xatırladıb ki, London rusları kütləvi şəkildə qovmağa 2018-ci ildə Solsberidə Sergey Skripal və qızı Yuliyanın əsəb-iflicedici maddə ilə zəhərlənməsindən sonra başlayıb…

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code