İtburnu çayınin faydaları

0
10
İtburnu çayı çox faydalı müalicəvi içkidir. Bu çay immun sistemini stimullaşdırır və möhkəmləndirir, bakteriya əleyhinə təsir edir, iltihabları azaldır.
 
Soyuq qış aylarında, soyuqdəymə epidemiyaları zamanı bu çay bizə çox yaxşı müalicəvi və profilaktik kömək edə bilər.
İtburnu bir çox vacib vitamin və minerallarla zəngindir. Belə ki, itburnu tərkibində C vitaminin miqdarına görə əsl çempiondur. Fitoterapevt həkimləri itburnunu “təbii vitamin-mineral kompleksi” adlandırırlar. 
 
Həmçinin itburnu çayı ürək-damar sistemi xəstəliklərdən əziyyət çəkənlər üçün çox faydalıdır – arterial təzyiqi normallaşdırır, damarları təmizləyir və möhkəmləndirir, qanazlığı zamanı kömək edir.
İtburnu sidikqovucu və iltihabəleyhinə təsirə malikdir. Bu isə itburnu çayını sidik kisəsi və sidik yolları iltihabları zamanı çox təsirli müalicəvi vasitə kimi istifadə etməyə imkan verir.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code