İcraçı direktor: “Hematoloji xəstələrin sayı azalıb”

0
9

“Azərbaycanda əvvəlki illərlə müqayisədə hematoloji xəstələrin sayında azalma müşahidə edilir”.

Bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov jurnalistlərə açıqlamasında deyib.
 
O bildirib ki, nikaha daxil olan cütlüklərin əvvəlcədən müayinədən keçirilməsi bu məsələdə xüsusi rol oynayır: “Təbii ki, bu uzaq perspektivə hesablanmış bir dövlət proqramıdır. Düşünürəm ki, artıq bu proqram öz bəhrəsini verməyə başlayıb. Həmçinin, talessemiya xəstəliyi ilə doğulan uşaqların sayında da azalma müşahidə olunur. Əsasən, bu cür irsi xəstəliklərdə müalicə üçün tez müraciət deyil, düzgün profilaktika üstünlük təşkil edir.
 
Buna görə də nikahdan öncə insanlara maarifləndirici proqramların keçirilməsi vacibdir. Bunun üçün dövlətimiz cütlükləri irsi testlərdən keçirib, bütün riskləri əvvəlcədən onlara izah edir. Düşünərəm ki, gələcəkdə bu cür xəstə uşaqların doğulma sayında ciddi şəkildə azalma olacaq”.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code