NATO-da TƏCİLİ TOPLANTI: 4-cü maddə aktivləşdirilir

0
9

Polşanın Pşevoduv kəndində partlayışla bağlı NATO səfirləri noyabrın 16-sı təcili iclas keçirəcək.

Medonline.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, Polşanın tələbi ilə baş tutacaq iclasda Alyansın nizamnaməsinin 4-cü maddəsi əsasında müzakirələr aparılacaq.

Bu maddə NATO üzvü olan ölkələrdən biri onun ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyinin təhdid altında olduğunu hesab edərsə, tərəflərin məsləhətləşmələr aparmasını nəzərdə tutur.

NATO üzvü olan Polşanın ərazisindəki partlayışın Rusiyanın Ukraynaya genişmiqyaslı raket hücumu ilə əlaqədar olduğu ehtimal edilir.

Qeyd edək ki, Polşadakı partlayış zamanı 2 nəfər ölüb, yaralananlar var.

Xatırladaq ki, Polşa NATO üzvüdür. NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, əgər bir NATO üzvü silahlı hücumun qurbanı olarsa, Alyansın bütün digər üzvləri bu zorakılıq aktını bütün NATO ölkələrinə qarşı silahlı hücum hesab edəcək və hücuma məruz qalmış NATO ölkəsinə kömək etmək üçün lazım bildikləri tədbirləri görəcəklər.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code