Daha böyük və dəhşətli müharibə başlaya bilər – Professor

0
8

Rusiya tərəfindən atıldığı deyilən raketlərin Polşaya düşməsi səbəbi nə olursa-olsun, çox təhlükəli hadisədir. Hər şeydən əvvəl hadisənin bütün təfərrüatı ilə araşdırılması lazımdır.

Bu sözləri Medonline.az-a Polşanın ərazisinə raketlər düşməsi və iki nəfərin həlak olmasını şərh edən Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib.

Professor sülhün əldə olunmayacağı təqdirdə bəşəriyyətin fəlakətə sürüklənə biləcəyini vurğulayıb:

“Çünki Polşa həm AB-nin, həm də NATO-nun üzvüdür. Polşa da raketlərin düşməsini və vətəndaşlarının ölməsini müharibə səbəbi kimi göstərərək kollektiv müdafiə üçün NATO-ya müraciət edə bilər. Əlbəttə ki, baş verən hadisə digər müttəfiq ölkələri, xüsusilə Baltikyanı ölkələri narahat edir. Belə həmlələr və ya hadisələr nəticəsində Ukrayna müharibəsi hazırki sərhədlərindən çıxa və NATO-nun, yaxud dünyanın digər bütün ölkələrinin Rusiya ilə müharibəsinə gətirib çıxara bilər. Ona görə Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçilik, eyni zamanda sülhün əldə olunması üçün tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması təklifi olduqca vacibdir. Dünya Zaporojye AES ətrafında baş verən hadisələr zamanı ciddi təhlükə ilə üzləşdi, indi isə daha böyük təhlükə ilə qarşı-qarşıya ola bilərik. Sülh üçün danışıqlar dərhal başlamalıdır. Çünki daha böyük və qlobal faciəyə səbəb olacaq müharibənin addım səsləri artıq daha yaxından eşidilməyə başlayıb”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code