“QHT-lərdən təkliflər gözləyirik” – Əli Hüseynli

0
11

“İctimai müzakirəni yüksək qiymətləndiririk. QHT-lərdən aktiv təkliflər gözləyirik”.

Medonline.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Əli Hüseynli “Siyasi partiyalar haqqında” qanunun ictimai müzakirəsi zamanı deyib.

O vurğulayıb ki, bu istiqamətdə həm Avropada, həm də MDB məkanında qanunlar dəyişib:

“Layihə parlamentdə hazırlanıb, digər subyektlərə təqdim edilib. Gürcüstan, Moldova, Finlandiya qanunları ilə müqayisə etsəniz, bəzi müddəalarda oxşarlıqlar ola bilər. Əlbəttə, Venesiya Komissiyasının rəyi də nəzərə alınmalıdır. Moldova, Finlandiyada əhalinin sayına görə partiyaların üzvlərinin sayı ilə proporsiya əsas kimi göstərilib. Biz də çalışmışıq ki, ümumi yanaşma əsas götürülsün, birləşmə azadlığı üçün şərait yaratsın”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code