“Yaşma” Arazın sahilinə enir

0
14

Xüsusi Təyinatlı Qüvvələrinin cənub sərhədlərində təliminin İranın hərbi təlimlərinə cavab olduğu məlumdur.

Burada diqqətçəkən məqam başqadır: İranın indiyə qədər Azərbaycana qarşı irəli sürdüyü bütün təhdidlərə rəğmən, rəsmi Bakı barışdırıcı mövqe tutur və diplomatik gedişlər edirdi, indi ilk dəfədir ki, hərbi təhdidə qarşı hərbi müstəvidə cavab verilir;

Və bunun birdən çox səbəbi var:

Birincisi, İranın mövcud rejimi Azərbaycanın bütün xoşniyyətinə rəğmən təhdid ritorikasından əl çəkmir, əksinə, barışdırıcı, uzalaşdırıcı mövqeni “geriçəkilmə” kimi qəbul edərək, Bakının üzərinə gəlməyə davam edir;

İkincisi, İranın Azərbaycan ərazisinə qarşı mümkün müdaxilə perspektividir: 44 günlük müharibədən sonra İranın təhdidləri artan xətt üzrə inkişaf edir, lakin bu təhdidlərin bölgədəki şərtləri dəyişdirməyəcəyi də məlumdur və bunun fonunda molla rejiminin müdaxilə etməsi ssenarisi də nəzərə alınmalıdır; İran rəsmiləri və siyasətçilərinin çağırışlarının bu istiqamətdə olması da təsadüfi deyil;

Bakı mümkün təhdidlərə və risklərə qarşı hərbi müstəvidə hazırlıq aparır.

Və bu həm də o deməkdir ki, Azərbaycan İranın təhdidləri qarşısında öz maraqları və strateji xəttindən geri çəkilməyəcək.

Araza “körpü atan”lara qarşı Vətən müharibəsində döyüş sənətini yenidən yazan XTQ-nin kazarmalardan çıxarılması da adekvat “əzələ nümayişi”dir: İran “Yaşma”nı qardaşı Ermənistandan soruşa bilər.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code