Şəhid atası Məhəmməd Alqayev və qazi Vaqif Hümbətovdan təşəkkür var!

0
16

Bəri başdan deyim ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin aparatında son vaxtlar yaradılmış bürokratik əngəllər ucbatından cənab Nazir Anar Kərimova “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi adından ünvanladığım 2 məktuba hələ də cavab verilməyib.  Təşkilatımızın Qax, Zaqatala və Balakən Regional şöbəsinin sədri, müharibə veteranı Vaqif Hümbətov tərəfindən edilən zəng mənim Mədəniyyət Nazirliyinə qarşı olan narazılığı az da olsa səngitdi: Birliyin üzvləri, eyni zamanda, – “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Qax, Zaqatala və Balakən Regional şöbəsinin sədri(ictimai əsaslarla) , qazi və müharibə veteranı Vaqif Hümbətov, həmçinin, şöbə sədrinin müavini ( ictimai əsaslarla), şəhid baş leytenant, “Azərbaycan bayrağı” ordenli Harun Alqayevin atası Məhəmməd Alqayev bu günlərdə AR Mədəniyyət Nazirliyi Şəki Regional İdarəsinin rəisi Azər Yusubovun qəbulunda olub. Pandemiya qaydalarına uyğun şəkildə aparılan qəbul zamanı hər iki şəxsin xahişi nəzərə alınıb. Xatırladıram ki, 1 il öncə həm Məhəmməd Alqayev, həm də Vaqif Hümbətov  ailə üzvlərindən birinin Mədəniyyət Nazirliyinin Şəki Regional İdarəsində müvafiq işlə təmin edilməsi üçün əvvəlki Rəhbər-Tərlan müəllimə müraciət etmişdilər. Lakin, Tərlan müəllim həlli mümkün olan bir işə yox demişdi.

Mən, AR  “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri olaraq Mədəniyyət Naziri cənab Anar Kərimova və Nazirliyin Şəki Regional İdarəsinin rəisi Azər Yusubova şəhid atası Məhəmməd Alqayev və qazi-müharibə veteranı Vaqif Hümbətovun xüsusi təşəkkürünü çatdırıram. Yaxşı-savab iş görənləri dəyərləndirmək lazımdır!

                    Hörmətlə,

                  “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri,

                  medonline.az və saytının baş redaktoru,

                  müharibə veteranı:                  Şamil Sabiroğlu(Ələkbərli)

                                                          02.XI.2022.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code