Putinin milyarder “desantı” Xankəndində artıq yeni separatçı “hökumət”i qurmağa başladı…

0
14
Noyabrın 4-dən 32-ci ildir Azərbaycan torpaqlarında Rusiyanın himayəsi altında fəaliyyət göstərən separatçı-terrorçu rejimin qanunsuz “dövlət naziri” postunu tutacaq rusiyalı milyarder Ruben Vardanyan artıq yeni komanda formalaşdırmağa başlayıb. 
 
Medonline.az xəbər verir ki, bu haqda Ermənistanın “İravunk” nəşri məlumat yayıb.
 
“Bununla əlaqədar olaraq bir sıra keçmiş və indiki məmurlar Vardanyanın xoşuna gəlmək, yeni komandada özlərinə yer tapmaq üçün səylərini əsirgəmirlər”- erməni qəzeti belə yazır.  
 
Ermənistan nəşrinin məlumatına görə, Ruben Vardanyan ilk növbədə  qondarma “təhsil, elm, mədəniyyət və idman naziri” Anait Akopyanı dəyişəcək. Hazırda həmin posta keçmiş “dövlət naziri” Artak Beqlaryanın keçəcəyi ilə bağlı xəbərlər var.
 
Xatırladaq ki, Rusiya prezidenti V.Putin və baş nazirin müavini D.Medvedyevlə yaxın biznes əlaqələrində olduğu deyilən, amma guya Rusiya vətəndaşlığından imtina etmiş erməni iş adamı R.Vardanyan artıq iki aydır ki, qanunsuz olaraq Azərbaycan ərazisində ictimai-siyasi və maliyyə-iqtisadi fəaliyyətlə məşğuldur… Bəzi şərhçilər Vardanyanı “Putinin milyarder “desantı” da adlandırır…
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code