Kəlbəcərin kəndindəki bankomatı yaran ermənilər 8 milyona yaxın pul oğurladı…

0
14
2022-ci il oktyabrın 16-da bir neçə hayk gədəsi Kəlbəcər rayonununun Həsənriz kəndinin qanunsuz icma binasına daxil olub oradakı bankomatın əskinas xəzinəsini elektrik mişarıyla  kəsərək  pulları ələ keçiriblər. 
 
Medonline.az xəbər verir ki,  Azərbaycan torpaqlarında qeyri-qanuni fəaliyyət göstərən “Artsaxbank”a məxsus bankomatdan oğurlanan əskinaslar 7 milyon  951 min erməni dramı, yaxud 19 min ABŞ dollarına yaxın məbləğdə olub.
 
Xankəndindəki qondarma “prokurorluq” oğurluğu törədənlərdən iki nəfərin həbs edilməsi haqda məlumat yayıb.
 
Xatırladaq ki,  1991-ci ilədək keçmiş Mardakert rayonuna daxil olan və “Aterk” adlanmış Həsənriz kəndi 1992-ci ildən Azərbaycan hökumətinin müvafiq qərarıyla Kəlbəcər rayonunun tərkibinə daxil edilib.  Hazırda kənddə Rusiya “sülhməramlı”larının himayəsi altında hayklar məskunlaşıb…
 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code