İran səfirliyi Azərbaycanda “silahlı müqavimət” hazırlayır?

0
15

İranın Azərbaycanda casus şəbəkəsinə bu ölkənin səfirliyi tərəfindən dəstək verildiyi fikri həmişə olub. DTX-nın əməliyyatı zamanı ortaya çıxan fakt isə bunu təsdiqlədi:

– İran kəşfiyyatının azərbaycanlılardan ibarət yaratdığı silahlı qruplaşmanın üzvləri Azərbaycana lazım olan təbliğat vasitələrini çatdırmaq üçün İran səfirliyinin avtomobilindən istifadə ediblər. Çünki diplomatik toxunulmazlığı olduğu üçün səfirliyin avtomobilində yoxlama aparılmır və bu, onlara ölkəyə rahat gəlib-getmək, eləcə də istədiklərini daşımaq imkanı yaradır.

Söhbət “Kərimə dövləti”ni elan edən “Huseyniyyun” qruplaşmasından gedir. İran kəşfiyyyatının yaratdığı qruplaşmanın “fikir ataları”ndan biri də Qasım Süleymani idi. Qruplaşmanın üzvləri Azərbaycanda konstitusiya quruluşunu devirmək üçün “silahlı müqavimət” hazırladıqlarını gizlətmirlər.

Bu planın İran tərəfindən dəstəkləndiyi bəllidir. İranın Azərbaycandakı səfirliyinin də planın içində olması, həm də təhlükənin miqyasından xəbər verir. Çünki heç kim zəmanət verə bilməz ki, səfirliyin yoxlanılmayan avtomobillərində təkcə təbliğat materialları yox, başqa şeylər də daşına bilər: planlaşdırdıqları “müqavimət” üçün silah-sursat, axtarışda olan şəxslər və s;

İran Azərbaycanda praktiki addımlarını, adətən təsir dairəsindəki qrupları üzərindən həyata keçirirdi. Lakin son illər bu qruplaşmalar böyük ölçüdə neytrallaşdırılıb. İstisna deyil ki, səfirlik də prosesə bundan sonra aktiv şəkildə qoşulub.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code