Bəhməzin 20 FAYDASI

0
14

Azərbaycanda maksimum 20 manata istənilən növ bəhməz almaq mümkündür. Təbii şəfa mənbəyi olan bəhməzin müxtəlif növləri var. Əhali arasında ən çox istifadə ediləni isə tut bəhməzidir. Bəhməzin bir növü də var ki, ölkəmizdə çox da bilinmir, istifadə olunmur. Söhbət keçibuynuzu bəhməzindən gedir. Əvvəllər Azərbaycanda bu bəhməzi tapmaq, almaq çətin idi, lakin son illər Türkiyədə istehsal olunmuş bu məhsullar bizim bazarlara da “ayaq açıb”. Çəkisindən və istehsal növündən asılı olaraq qiyməti 8-16 manat arasında dəyişir.

Maraqlıdır ki, təbii şəfa mənbəyi olan bəhməzdən son illər ailələrimizdə az istifadə olunur. Halbuki dədə-babalarımız bəhməzi evlərindən əskik etməzlərmiş. Xəstəliklərin artdığı, xəstəxanaların dolub-daşdığı, apteklərə insanların xeyli pul sərf elədiyi bir dövrdə insanların qiyməti çox da baha olmayan şəfa mənbəyi bəhməzdən niyə uzaq düşdüklərini anlamaq olmur.Medonline.az saytı bəhməzin faydalarını təqdim edir.

1. Qan azlığı olanlara müsbət təsir göstərir.

2. Mədəyə faydalıdır.

3. Soyuqvurma və öskürək zamanı sinəni yumşaldır, bəlğəmi təmizləyir.

4. Ürəyin işinə müsbət təsir göstərir.

5. Uşaqların böyüməsinə kömək edir.

6. Hamiləlikdə istifadə zamanı həm ananın, həm də uşağın inkişafına yaxşı təsir edir.

7. Astma və bronxit xəstəliklərindən əziyyət çəkənlərə həkimlər bəhməz məsləhət görürlər.

8. Xolesterolu aşağı salır.

9. Orqanizmə enerji gətirir.

10. Güclü əqli və fiziki yorğunluğu aradan qaldırmaqda xeyirlidir.

11. Yaddaşın güclənməsinə təsir edir.

12. Kalsiumla zəngin olduğundan həm dişlərə, həm də sümüklərə müsbət təsir edir.

13. Ağciyər xəstəliklərinə qarşı faydalıdır.

14. İmmuniteti möhkəmləndirir.

15. Cinsi istəyi artırır.

16. Tərkibindəki maddələr gözə xeyirlidir.

17. Qaraciyərə çox yaxşı təsir göstərir.

18. İştahasızlığı aradan qaldırır.

19. Orqanizmə enerji verir deyə pəhriz saxlayanlara müsbət təsir edir.

20. Vitaminlərlə zəngindir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code