Xankəndindəki son mitinqdə Ermənistan təhlükəsizlik xidməti rəisi də iştirak edib…

0
13
“Qarabağda bazar günü keçirilmiş mitinq Ermənistan hakimiyyətini narahat edib. Nikol Paşinyan mitinqdən öncə Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanın rəhbərliyi ilə Qarabağa “kəşfiyyat” göndərib ki, ona birinci əldən məlumat çatdırılsın”.
 
Medonline.az xəbər verir ki, bu məlumatı  “Hraparak” nəşri yayıb.
 
“Bazar günü Qarabağda təkcə Armen Abazyan deyil, həm də fövqəladə hallar naziri  Armen Pambuxçyan və hərbi idarənin(Müdafiə Nazirliyinin-S.L.) bir rəhbər əməkdaşı da olub. Pambuxçyan separatçı rejimin qanunsuz “fövqəladə hallar xidməti”nin 30 illiyinin qeyd edilməsində iştirak edib, lakin tədbirdən sonra o, çoxminlik mitinqi izləmək üçün qalıb”.
 
Xatırladaq ki, bazar günü- oktyabrın 31-də Xankəndində Rusiya prezidenti V.Putinin “Valday”dakı son çıxışından sonra Kreml tərəfindən təşkil edildiyinə şübhə olmayan azı 45 min haykın qatıldığı deyilən mitinq keçirilib. Mitinqdə Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyünə qarşı çoxsaylı şüarlar səsləndirilib, çıxışlar edilib. Guya Qarabağdakı ermənilər tərəfindən “Qarabağ məsələsinin həllinin yalnız Rusiya  variantının müdafiə olunduğu” diqqətə çatdırılıb.
 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code