Pensiyaçıların sayı niyə kəskin azalıb? – Vahid Əhmədov səbəbini açıqladı

0
15

Xəbər verdiyimiz kimi, Azərbaycanda pensiyaçıların sayında 41,3 min nəfər azalma qeydə alınıb. Bu, hesablama Palatasının DSMF-nin 2023-cü il üzrə büdcəsi ilə bağlı rəyində əksini tapıb.

Bu azalma nəyin səbəbidir?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Medonline.az-a bildirib ki, pensiyaçıların sayında qeydə alınan azalma iki səbəblə – yaşla və saxta pensiyaların ləğv edilməsi ilə əlaqədardır:

“Son dövrlər pensiya təminatı ilə əlaqədar müəyyən qədər sərtləşmə gedir. Həm yaş həddi, həm də digər məsələlər burada öz əksini tapıb. Ola bilsin ki, bütün bunlar da pensiyaçıların sayının azalmasına təsir göstərib. Xüsusilə də yaş məsələsi əsas səbəb hesab oluna bilər. Çünki əvvəllər 63 yaşında pensiyaya çıxırdılarsa, indi bu yaş həddi 65-ə qaldırılıb. Bu isə müəyyən məsələlərin qarşısını alır. Saxta pensiya təyinatı da səbəblər sırasında ola bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yoxlamalar aparıldı və saxta təyinat aparılan təxminən 180 mindən çox şəxsin pensiyası ləğv edildi. Bu da ümumi sayın azalmasına gətirib çıxarır”.

Pensiya təyinatı ilə əlaqədar təkliflərini söyləyən millət vəkili qeyd edib ki, yaş həddinin endirilməsinə ehtiyac var:

“Yaş həddi bu gün ciddi problemdir. Hesab edirəm ki, hazırkı çətin dövrdə pensiya yaşı müəyyən qədər aşağı salınmalı, pensiya təyinatı heç olmasa 63 yaşdan başlamalıdır. Eyni zamanda pensiya təminatı ilə əlaqədar bəzi şəxslərin pensiyalarını yuxarı həddə qaldıra bilməmişik. Bununla əlaqədar ƏƏSMN tərəfindən müəyyən işlər görülür, təxminən 20 faizə qədər artımlar edilib. Biz bunu yaşayış minimumu səviyyəsinə çatdırmalıyıq ki, heç bir problem olmasın”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code