Generaldan İrəvana SƏRT MESAJ: 2 istiqamətdən dəhliz AÇA BİLƏRİK…

0
13

“Ermənilər heç vaxt təxribatçı niyyətlərindən əl çəkməyiblər. Onlar bizi qıcıqlandırmağa çalışırlar. Ermənilər bizi təhrik edirlər ki, Zəngəzur dəhlizini alaq. Eyni zamanda, onlar bizi qıcıqlandırırlar ki, yuxarıdan – Kəlbəcər və Laçın istiqamətindən də yeni dəhliz açaq. Söhbət Göyçə gölü istiqamətindən gedir. Bu da bizim üçün problem deyil”.

Bunu Medonline.az-a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov deyib.

Soçi görüşündən sonra Ermənistan ordusunun “təxribat imkanları”ndan söz açan general Aydəmirovun fikrincə, yeni dəhliz açmaq həm siyasi-hüquqi, həm də hərbi baxımdan bizim üçün problem deyil:

“Ermənilər daşı ətəklərindən tökməsələr, özlərini bədbəxt edəcəklər. Çünki Ali Baş Komandan da bildirdi ki, əgər Ermənistan Zəngəzur dəhlizini açmasa, bunu özümüz edəcəyik. Ermənistanın baş nazirinin Rusiya prezidentinin önündəki yalvarış dolu çıxışını hər kəs gördü. Adam kişi olar. Adam özünü bu qədər alçaltmaz, sadəcə dəhlizi açmaq lazımdır. Ermənilər əsrlər boyu bizdən dolanıblar. Dəhlizin açılması onların da xeyrinədir”.

“Payız aylarında Ermənistan ordusu yeni təxribat törədə bilərmi?” sualına ehtiyatda olan generalın cavabı birmənalı olub:

“Birincisi, onların ön xətdə, sərhəddə təxribat törətmək üçün elə bir qüvvələri yoxdur. İkincisi, onlar bu cür təxribatlara əl atsalar belə dərhal susdurulacaqlar. Çünki onların istənilən fəaliyyəti hərbi və texniki vasitələrlə nəzarətimizdədir. İkinci Qarabağ savaşında da bunu gördük. Onlar cəmləşmə rayonundan çıxıb Zəngəzur ərazisinə daxil olan kimi bizimkilər onların planlarını dərhal anladılar. Təxribata əl atsalar, nəticəsi ermənilər üçün ağır olacaq. Hazırda oyun oynayırlar. Gah Hindistana, gah da İrana yalvarırlar. Hindistan hərbi texniki problemlər yaşayan ölkədir, Ermənistana hansı silahı verəcək?! İranın da elə imkanları yoxdur. Müasir silahları hörməti, pulu, normal rəhbəri olan dövlətlər ala bilər. Tank və PDM müharibələri artıq başa çatıb. Onlara heç kim müasir silah verməyəcək. Əgər Ermənistan sona qədər “dirəniş” göstərərsə, biz Zəngəzur dəhlizini güc yolu ilə açacağıq. Bunun üçün hər iki istiqamətdən – həm Naxçıvan, həm də Zəngəzurun şərq tərəfindən kifayət qədər istiqamətlər var. Söhbət Zəngilan və Qubadlı istiqamətlərindən gedir. Ordumuz bu tapşırığı bir neçə gün ərzində reallaşdırmağa qadirdir”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code