Paşinyan: “İrəvan Kremlin təqdim etdiyi prinsiplər əsasında işləməyə razıdır”

0
16

Ermənistan Rusiyanın təqdim etdiyi prinsiplər və parametrlər əsasında işləməyə razılaşıb.

Medonline.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün bəyan edib.

“Ermənistan sentyabrın əvvəlində Rusiyanın təqdim etdiyi Ermənistan və Azərbaycan arasında beynəlxalq münasibətlərin qurulmasının əsas prinsipləri və parametrləri əsasında işləməyə razılaşıb. Biz bunu Soçidə təsdiqləməyə hazırıq”, – Nikol Paşinyan “Tvitter”də yazıb.

“Biz ümid edirik ki, Rusiya bu təklifləri dəstəkləyəcək”, – deyə o əlavə edib.

Oktyabrın 27-də Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ideyasını dəstəkləyir, lakin İrəvana heç bir şey tətbiq etmək fikrində deyil, qərar variantını seçmək erməni xalqının və liderlərinin işidir.

“Qondarma Vaşinqton variantı, mənim başa düşdüyüm qədər, Azərbaycanın bütün Qarabağ üzərində suverenliyinin tanınmasını nəzərdə tutur. Əgər Ermənistan belə düşünürsə, o zaman biz erməni xalqının istənilən seçimini dəstəkləyəcəyik.

Əgər erməni xalqı və Ermənistan rəhbərliyi hesab edir ki, Qarabağın gələcək sülh sazişində nəzərə alınmalı olan öz xüsusiyyətləri var, bu da mümkündür.

Amma əlbəttə ki, Azərbaycanla razılığa gəlmək lazımdır. Bu razılaşmanın Azərbaycan üçün də məqbul olması lazımdır. Bu ağır, çətin məsələdir. Ermənistan bizim strateji tərəfdaşımız, müttəfiqimizdir və biz təbii ki, Azərbaycanın maraqlarını nəzərə alaraq, Ermənistanın təklifini rəhbər tutacağıq”, – deyə Putin bildirib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code