AMEA prezidentinin övladları: bir oğlu general, biri Nazirlər Kabinetində çalışır, qızı isə rəisdir

0
26

Xəbər verdiyimiz kimi, bu gün AMEA-nın ümumi yığıncağı keçirilib. Yığıncaqda seçki keçirilib və millət vəkili akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib.

Medonline.az xəbər verir ki, İsa Həbibbəyli ailəlidir, iki oğlu, bir qızı var.

AMEA prezidentinin oğlu Səhət Həbibbəyli Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədridir. Gömrük xidməti general-leytenantı rütbəsi daşıyan Səhət Həbibbəyli 2019-cu ildən bu vəzifəni tutur.

İsa Həbibbəylinin digər oğlu Ərəstü Həbibbəyli isə Azərbaycan Respublikası Baş nazirinin Katibliyinin rəisidir. O, birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi rütbəsi daşıyır.

Deputatın qızı Günay Mənsimova isə Xırdalan şəhər 1 saylı Notariat Kontorunun rəisidir. (Qayanrinfo.az)

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code