Sağlam qalmaq üçün sutkada ən azı nə qədər yatmaq lazımdır?

0
17
“50 yaşdan yuxarı insanlar sağlam qalmaq üçün ən azı 5 saat yatmalıdır…

 

“5 saatdan az yatanlarda xroniki xəstəliklər və ölüm riski xeyli artır…”
 
Biz yaşa dolduqca, yuxumuz pozulur. Yeni tədqiqat yaşlı insanın çoxsaylı xroniki xəstəliklərdən yan keçməsi üçün gecələr ən azı neçə saat yatmağı və istirahət etməyi müəyyən edib.
 
Moderator.az xəbər verir ki, bu barədə “Detaly” nəşri yazıb.
 
“PLOS Medicine” elmi jurnalda dərc edilən tədqiqat göstərib ki, 50 yaşından yuxarı insanlar daha çox müddətdə sağlam qalmaq istəyirsə, ən azı 5 saat yatmalıdır.
 
Bu nəticəyə gəlmək üçün tədqiqatçılar Böyük Britanitanın 50 yaşdan yuxarı iki və daha çox xroniki xəstəlikdən əziyyət çəkməyən təxminən 8000 dövlət qulluqçusunun məlumatlarını öyrənib və 1985-ci ildə Uaytholl Tədqiqatında iştirak edib. 
 
Onların aktual məlumatlarını təhlil edib və yuxunun müddəti ilə xroniki xəstəliklər arasında əlaqəni öyrənib.
 
Sutkada 7 saat yatan insanlarla müqayisədə 5 və daha az yuxu yatanlarda 25 il müşahidə müddətində xroniki xəstəliklərin inkişaf riski 30 faiz təşkil edib. 60 yaşında bu risk 32 faiz, 70 yaşında 40 faizədək artıb. 
 
Beləliklə, 5 saatdan az yatanlarda ürək xəstəlikləri, diabet, xərçəng, piylənmə, hipertoniya və başqa xəstəliklər riski kəskin artıb.
 
Alimlər həm də müəyyən edib ki, 50 yaşdan yuxarı insanlar üçün 5 saatdan az yuxu yatanlarda ölüm riski 25 il müddətində 25 faiz artıb. Alimlər bunu qısa yuxunun xroniki xəstəliklər riskini artırması və nəticədə ölüm riskinin yüksəlməsi ilə izah edir.
 
Tədqiqatçılar vurğulayır ki, idealda sutkada 8 saat yatmaq lazımdır, lakin gerçək həyatda həmişə buna riayət etmək mümkün olmur. Ona görə də ən azı 5 saat yatmaq gərəkdir.
 
Az yatan və yuxudan doyan insanların sirri nədədir?
 
Aramızda elə insanlar da var ki, sutkada 4 saat yatandan sonra səhərlər çox gümrah və enerjili olur, gün ərzində yorğunluq, yuxululuq və ya diqqətsizlikdən əziyyət çəkmir.
 
San-Fransiskoda Kalifornya universitetinin tədqiqatçıları 50 ailəni təhlil edib, onların gün ərzində normal fəaliyyət göstərməsi üçün hər gecə 6 saatdan az yuxu tələb edilib.
 
Onlar bu ailələrin DNT-ni öyrənib və xüsusi genetik mutasıya aşkar ediblər, bu da belə qabiliyyətə cavabdeb olub.
 
Bu gen ADRB1 adlanıb, onun mutasiyası ailə üzvlərinin hamısında aşkar edilib.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code