Nikoldan Zəngəzur dəhlizinə qarşı hiyləgər addım

0
20

Ermənistanda “suverenliyi təhdid etmək”lə bağlı cəza sərtləşdirilir.

Medonline.az 
xəbər verir ki, Ermənistan Ədliyyə Nazirliyi parlamentə “Suverenliyin tam və ya qismən məhdudlaşdırılması məqsədilə zorakılıq tətbiq etmək, yaxud zorakılıq tətbiq etməklə hədələmək, başqa bir dövlətin, yaxud beynəlxalq təşkilatın xeyrinə suverenlikdən imtina etmək”lə bağlı 12 il azadlıqdan məhrumetmə cəzasının müddətinin 15 ilə qaldırılmasını nəzərdə tutun layihə təqdim edib.

Bu layihə müxtəlif formalarda şərh edilir. Əsas versiyaya görə, cəzanın sərtləşdirilməsinə səbəb Rusiyanın Ermənistanın Qərbə yaxınlaşmasına qarşı daxildə ata biləcəyi addımlardır.

Lakin erməni politoloq Robert Marqaryan bunun Zəngəzur dəhlizi ilə bağlı olduğunu iddia edir.

Onun sözlərinə görə, Paşinyan nə qədər dəhşətli müqaviləyə imza atdığını anlayır.

“Bu vəziyyətdən xilas olmağın mümkün yollarından biri də “suverenlikdən imtina”nın kriminallaşdırılması ola bilər”, – erməni politoloq bildirib.

Görünür, Nikol Paşinyan dəhliz öhdəliyindən yayınmaq üçün “dəhliz versəm, həbs olunacam” əsasını formalaşdırır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code