ABŞ-ın elit diviziyası hər an Ukrayna ilə sərhədi keçməyə hazırdır!- Komandir belə dedi…

0
18
ABŞ ordusunun müntəzəm olaraq 4700 nəfərlik ştatdan ibarət 101-ci diviziyasının 2-ci briqadası Rumıniya ilə Ukrayna arasındakı sərhəddə döyüş hazırlığı vəziyyətindədir. 
Medonline.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
 
Briqada döyüş qrupunun komandiri, polkovnik Edvin Matteydes jurnalistlərə bildirib ki, o və onun bölməsi hazırda Ukraynada döyüş əməliyyatları ərazisinə ən yaxın Amerika qüvvələridir.
 
Onun sözlərinə görə, onlar Rusiya qoşunlarını diqqətlə izləyir, “təlim üçün hədəflər yaradır” və müharibə zamanı baş verənləri tam təkrarlayan təlimlər keçirirlər.
 
“CBS News” jurnalistləri qeyd edirlər ki, ABŞ-ın 101-ci Hava Desant Diviziyasının komandirləri onlara dəfələrlə “lap bu axşam da döyüşməyə hazır olduqlarını” bildiriblər və hərbi əməliyyatların genişlənməsi və ya Rusiyanın NATO-ya hücumu halında onlar “Ukrayna ilə sərhədi keçməyə hazırdırlar”…
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code