Haylar Xocalıda 300-dən çox mənzil və fərdi evin qanunsuz tikintisini tamamlayır…-FOTOLAR

0
19
Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun müvəqqəti(!) olaraq Rusiyanın rəsmən “sülhməramlı” sayılan hərbi kontingentinin nəzarətində qalan hissəsinqə himayə olunan separatçı-terrorçu erməni rejimi hüquqi-tarixi ərazilərimizdə qanunsuz məskunlaşdırma  istiqaməti üzrə işləri davam etdirir.

 

Hazırda  “Hayastan” ümumerməni fondu Azərbaycan Respublikası Xocalı rayonunun işğal altındakı mərkəzində  240 mənzildən ibarət 20 yaşayış binası və 86 fərdi yaşayış evi tikir.
 
Medonline.az xəbər verir ki,  Xankəndindəki separatçı nəşrlərin məlumatına görə, bu barədə “Hayastan” ümumerməni fondu informasiya yayıb.
 
Məlumatda bildirilir ki, evlərin tikinti işləri yekun mərhələdədir, ərazinin abadlaşdırılması və infrastrukturun təminatı işlərindən sonra istifadəyə veriləcək.
 
Xatırladaq ki,  Xocalı rayonunun 50 kənd, bir şəhər, iki qəsəbəsindən yalnız 8 kəndi işğaldan  azad olunub.
 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code