Bakıda kütləvi dava: 3 nəfər bıçaqlandı

0
22

Bakıda kütləvi davada qardaşları bıçaqlayan şəxslər tutulub.

Bu barədə Medonline.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə oktyabrın 18-i saat 23 radələrində Bakı şəhər sakinləri S.Eyvazov, qardaşı F.Eyvazov və M.Musayevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmələri barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bıçaqla xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən paytaxt sakinləri – Enur İsmayılov, Kənan Əliyev, Şaiq Musayev, Anar Gərayev saxlanılıb, daha iki nəfərin isə şəxsiyyəti müəyyən olunub.

Araşdırma aparılır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code