Arazın o tayına İSMARIŞ: Limandan sonra Dəhliz gəlir

0
19

“Ümumiyyətlə, cənab Prezidentin rəhbərliyi altında qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq, abadlıq işləri həyata keçirilir. Müasir kəndlər tikilir, şəhərlər salınır. Digər infrostruktur layihələri gerçəkləşdirilir. Elektrik enerjisi, su təchizatı ilə bağlı işlər görülür. Eyni zamanda, Qarabağ iqtisadi rayonlarında hava limanlarının tikilməsi diqqətdə saxlanılır. Füzulidən sonra ikinci beynəlxalq hava limanının Zəngilanda tikilib istifadəyə verilməsi Qarabağ və Zəngəzur iqtisadi zonasının inkişafına çox böyük təkan verəcək”.

Bunu Medonline.az-a açıqlamasında Füzulidən sonra Zəngilanda inşa edilən ikinci beynəlxalq hava limanının siyasi və strateji əhəmiyyətindən danışarkən Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

Deputatın fikrincə, Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi həm turizmin, həm iqtisadiyyatın, həm də sənayenin inkişafına böyük dəstək olacaq:

“Başqa-başqa ölkələrin hava gəmiləri buraya eniş edəcək. Digərlərinin təyyarələri buradan yola salınacaq. Bu da regionda Zəngilan Hava Limanının gələcəkdə aparıcı rola malik olmasına gətirib çıxaracaq. Biz Zəngəzur dəhlizinin açılmasını da unutmamalıyıq. Bununla əlaqədar istifadəyə verilən hava limanlarının əhəmiyyəti həddindən artıq böyükdür. Zəngilanda hava limanının açılması təhlükəsizlik baxımından da Azərbaycan üçün çox vacib məsələdir. Ən əsası odur ki, budəfəki hava limanının açılışında da qardaş ölkənin dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğan iştirak edir. Türkiyə bizim hər atdığımız addımda, gördüyümüz işlərdə qardaş kimi yanımızdadır. Bütün Türk dünyası Azərbaycan xalqının yanındadır”.

Siyavuş Novruzov onu da vurğulayıb ki, bu günlərdə Azərbaycana qarşı təzyiqlər çoxalıb:

“Zəngilan ətrafında, Araz kənarında Azərbaycana qarşı müəyyən təhdidedici addımlar atılır. Ölkəmizə müəyyən təzyiqlər göstərilir. Buna baxmayaraq, qardaş dövlətin başçısı cənab Rəcəb Tayyib Ərdoğanın Zəngilana səfəri, hava limanının açılışında iştirakı bir daha Türkiyə-Azərbaycan qardaşlığının, Şuşa Bəyannaməsinin önəmini bütün dünyaya göstərmiş oldu. Bu, Türkiyənin hər an Azərbaycanın yanında olmasını ətrafdakılara da göstərir. 20 oktaybr Zəngilanın işğaldan azad olunduğu gündür. Eyni zamanda, Zəngilanda beynəlxalq hava limanının açılışı məhz bu günə təsadüf edir. Eləcə də qardaş ölkənin dövlət başçısının bu hava limanının açılışında iştirakı bizim üçün xüsusi bayramdır”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code