ABŞ və müttəfiqləri Ukraynada İran dronları məsələsini BMT TŞ-da qaldıracaq…

0
20
ABŞ, Böyük Britaniya və Fransa çərşənbə günü BMT Təhlükəsizlik Şurasının qapalı iclasında İranın Rusiyaya pilotsuz təyyarələr verməsi məsələsini qaldırmağa hazırlaşır.
 
Medonline.az xəbər verir ki, bu haqda “Reuters” agentliyi məlumat yayıb. 
 
Məlumata görə, Ukrayna  BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozaraq Rusiya tərəfindən Ukrayna hədəflərinə hücum etmək üçün istifadə edildiyini iddia etdiyi vurulmuş İran mənşəli pilotsuz uçaqları yoxlamaq üçün BMT ekspertlərini dəvət edib.
 
Anonimlik şərti ilə danışan diplomatlar  bu cür silah ötürmələrinin qətnaməni pozduğunu hesab edən üç ölkə Şuradakı həmkarlarına çərşənbə günü BMT rəsmisindən Şura üzvlərinə məsələ ilə bağlı məlumat verməsini xahiş edəcəklərini söyləyiblər.
 
Xatırladılır ki, oktyabrın 17-də də səhər saatlarında  Kiyevdə insan itkiləri ilə nəticələnən partlayışlar baş verib – Rusiya İran mənşəli kamikadze dronları ilə hücuma keçiblər.
 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code