Yuxudan öncə ürək tutmasının yaxınlaşmasını anlamaq olarmı?

0
19
Miokard infarktının 4 əlamətini xatırladırıq…
 
Cənab Yanın 40 yaşı var. Adətən, özünü sağlam, yaxşı fiziki formada hiss edir. Lakin o, çox siqaret çəkir, gec yatır və maconq oyunları (Çində qumar oyunu) arxasında çox zaman keçirir. Həyat yoldaşı və uşaqları bu vərdişlərini dəyişməyi daima xahiş etsələr də, onları dinləmir.
 
Medonline.az xəbər verir ki,bu barədə Çinin “Sina.com” nəşri yazıb.
 
Bir qədər öncə gecə cənab Yan sinəsində sıxıntı hiss edib, onu soyuq tər basıb, başqa əlamətlər də olub. Bunlar iki saat davam etdiyindən o, xəstəxanaya yollanıb. Həkim EKQ müayinəsi apararaq miokard infarktı olduğunu aşkar edib. Xoşbəxtlikdən, həmin gün təcrübəli növbətçi həkim vaxtında əməliyyat apararaq cənab Yanın həyatını xilas edib.
 
Miokard infarktdında təngnəfəslik, yorğunluq, sinədə sıxıntı yüngül formalarda müşahidə edilə bilər, ağır hallarda onlar həyat üçün təhlükəli ola bilər və orqanizmə mənfi təsir edə bilər.
 
Ürək tutması və ya miokard infarktını kəskin koronar və ya dayanıqlı işemik çatışmazlıq zamanı yaranan miokardionekroz törədə bilər.
 
Koronar ateroskleroz miokard infarktının tez-tez rast gəlinən səbəbidir. Bundan başqa, piylənmə, hiperlipidemiya, siqaret çəkmə, yüksək qan təzyiqi, diabet, havanın dəyişməsi və emosional oyanıqlıq ürək tutmasına gətirib çıxara bilər.
 
Miokard infarktında ürək-damar xəstəliklərinin müxtəlif əlamətləri-təngnəfəslik və ya ürək nahiyəsində ağrılar hələ tutmadan öncə baş verə bilər, ürək ritminin pozulması və şok həyat üçün təhlükə törədir. Belə əlamətlər olanda dərhal tibbi yardım üçün müraciət edin.
 
Ürək tutması riskinə meylli üç qrup insanlar-xroniki ürək-damar xəstəlikləri olanlar, qeyri-sağlam həyat tərzi keçirənlər və ürək qüsurlarına meylli olanlar bu əlamətlərə xüsusi diqqər yetirməlidir.
 
Əgər yuxu zamanı aşağıdakı hissiyyatlar meydana çıxarsa, bu, sizi narahat etməlidir və miokard infarktından xəbər verəcək.
 
1. Qarnın yuxarı hissəsində daimi ağrılar
 
Bəzi insanlarda ürək tutmasından bir neçə gün öncə qarnın yuxarı hissəsində daimi ağrılar olur, bunu mədə problemləri ilə asanlıqıa qarışıq salmaq olar.
 
2. Boyunda və boğazda sıxıntılar
 
Boğazda və boyunda diskomfort, udqunma və tənəffüsdə çətinliklər, yüksək tərləmə də tezliklə ürək tutmasından xəbər verir.
 
3. Çənədə ağrılar, diş ağrısı
 
Bəzi pasientlərdə infarktdan öncə diş ağrısı, çənədə ağrı və tərləmə müşahidə edilir.
 
4. Yuxarı ətraflarda və sol çiyində ağrı
 
Ürək işemiyası sol çiyinə və bədənin digər nahiyələrinə vura bilər, ətraflarda ağrı törədə bilər.
 
Əgər infarktdan yan keçmək istəyirsinizsə, bu üç hərəkəti unutmayın.
 
Çox gec yatmayın
 
Çjetszyan universitetinin İkinci törəmə institutunun kardiologiya şöbəsinin baş həkimi Çju İn qeyd edib ki, gecələr daimi oyaq qalmaq təzyiqi artırır, bu da arteriyaların tutulmasına və infarkt riskinə səbəb ola bilər.
 
Bu üç xəstəliklərə nəzarət edin
 
Pekin xəstəxanası kardio-terapevtik şöbəsinin baş həkimi Van Fan qeyd edib ki, hipertoniya, hiperlipidemiya və hiperqlikemiya kimi xroniki xəstəliklərə aktiv nəzarət ürək tutmalarının qarşısını ala bulər.
 
Siqaretdən və spirtli içkidən imtina edin
 
Bu iki vərdiş miokard infarktı ehtimalını yüksəldir. Spirtli içki ürək yığılmalarının tezliyini və arterial təzyiqi yüksəldir, bu da ürək ritmini poza bilər. Ona görə də bu vərdişlərdən əl çəkin.
 
Bir dəfə keçirilən miokard infarktı müxtəlif fəsadllar törədə bilər, həyatınızı təhlükəyə məruz qoyar, ona görə də müntəzəm profilaktika lazımdır.
 
Əgər siz yuxudan öncə və ya yuxu zamanı yuxarıda göstərilən əlamətlərlə üzləşsəniz, ayıq olun və imkan daxilində tez bir zaman tibbi yardım üçün müraciət edin.

 

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code