Kremldə qarşıdurma: Generallar Putinə qarşı…

0
24

“Kreml qismən səfərbərlik elan etməklə vəziyyətin onlar üçün dəhşətli olduğunu etiraf etdi”.

Medonline.az xəbər verir ki, bunu ABŞ ordusunun Avropa qitəsindəki keçmiş komandanı, general-leytenant Ben Hodges “Espresso” telekanalının efirində deyib.

“Putin səfərbərliyə razılaşmağa və hər şeyi idarə edə bilməyəcəyini etiraf etməyə məcbur oldu. Bu vacibdir və Kremldə qarşıdurma məhz buna görə başladı. Rusların səfərbərliyi dəstəkləmədiyi ilk andan bəlli idi. Hərbi xidmətə cəlb olunan yarım milyon rusiyalı səfərbər olmamaq üçün ölkəni tərk edib, onlar nə Rusiya ordusunda, nə də Ukraynaya qarşı döyüşmək istəmirlər”, – Hodges qeyd edib.

Onun sözlərinə görə, Rusiya Baş Qərargahı ilə Vladimir Putin arasında etimadın itirilməsi partlayışa səbəb ola bilər.

“Putin ona çox sadiq olduğu üçün yeni komandan Surovikini təyin edib. O, qəddar və korrupsioner reputasiyaya malikdir. Yoxsa Kremlin yeni komandan vəzifəsinə korrupsioner cinayətkar və qatil seçəcəyinə təəccüblənəkmi? Bu proqnozlaşdırılırdı. O, Putinə çox sadiqdir, hazırda təyinat üçün ən vacib keyfiyyət də budur. Çünki Putin generallarının onu keçmişdə dəstəklədikləri kimi dəstəkləməməsindən narahatdır”, – Hodges vurğulayıb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code