“Hitler”in aqibəti necə olacaq? – Yandırılacaq, yoxsa…

0
20

Böyük Britaniyanın “Kanal 4” adlı telekanalı bir sıra tanınmış rəssamların əsərlərinin yer alacağı maraqlı layihə hazırlayıb.

Medonline.az “The Guardian”a istinadla xəbər verir ki, layihə çərçivəsində bəzi “problemli” rəssamların əsərləri müzakirəyə çıxarılacaq və tamaşaçılar həmin əsərlərin məhv edilib-edilməməsinə qərar verəcək.

“Art Trouble” adlı proqramda çılğın dahi Pablo Pikasso, yetkinlik yaşına çatmayan uşaqlara qarşı cinsi istismarda günahkar bilinən rəssam və televiziya ulduzu Rolf Harris, öz qızlarına cinsi istismar edən heykəltəraş Erik Gill kimi adların əsərlərinin yer alacağı açıqlanıb.

Kanal Adolf Hitlerə aid olduğu güman edilən bir tablo satın alıb. Sözügedən rəsmin Hitlerə aid olub-olmaması müzakirə mövzusu olub. “Kanal 4” əsərlərin sənət ekspertinin köməyi ilə nüfuzlu hərrac evlərindən alındığını bildirib.

Verilişin aparıcısı Cimmi Karr bu ay yayımlanacaq proqramda nasist lider Adolf Hitlerin tablosunun müzakirəyə çıxarılacağını və tamaşaçılar “Hitler”i məhv etmək qərarına gələrsə, əsərin yandırılacağını deyib.

Kanalın direktoru İan Katz şou-proqramın konsepsiyasını belə izah edib:

“Hər sənət əsərinin bir müdafiəçisi var. Yəqin ki, Hitlerin də müdafiəçisi olacaq. Hər hansısa bir rəssamın və ya əsərdə təsvir olunan şəxsin əxlaqi keyfiyyətləri bir sənət əsərinin qiymətləndirilməsində rol oynamamalıdır. Biz sənəti sənətçidən ayrı qiymətləndirməyi bacaranları müəyyənləşdirəcəyik”

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code