İran Ermənistana milyardlar yatırır, “dəhliz” çəkir…

0
22

Ermənistan və İran qarşılıqlı ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırır.

Medonline.az xəbər verir ki, bu sözləri Ermənistanın hakim “Mülki Müqavilə” partiyasından olan deputatı Gevorq Papoyan deyib.

İlk 8 ayda bu rəqəmin 43 faiz artdığını deyən deputat bildirib ki, Ermənistan tərəfinin qaldırdığı problemlər tez bir zamanda həll olunarsa, o zaman 1 milyard dollar asanlıqla əldə edilə bilən göstəriciyə çevriləcək.

Papoyan xatırladıb ki, İran Fars körfəzindən Qara dənizə dəhliz açmağı planlaşdırır və bu layihənin mühüm qovşaqlarından biri Ermənistanın Sünik bölgəsindən keçən Şimal-Cənub dəhlizi olacaq.

“İran hökuməti və şirkətləri Şimal-Cənub dəhlizinin müəyyən hissəsinin inşasında maraqlıdır. Bu məsələ ilə bağlı müzakirələr aparılıb və aparılacaq. Ermənistan hökuməti İran tərəfini dəstəkləməyə hazırdır”, – deyə deputat bildirib.

Onun sözlərinə görə, İran və Ermənistan iqtisadi əlaqələrinin səviyyəsi çox yüksək səviyyədə olan siyasi əlaqələrdən ciddi şəkildə geridə qalır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code