Sülhün BİR ADDIMLIĞINDA: Hansı xəritələr ƏSAS GÖTÜRÜLƏCƏK?

0
21

“İlin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına inanmıram. Hətta sülh müqaviləsi imzalansa belə, bu, formal olacaq. Çünki 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyannamənin imzalanmasının üzərindən iki il keçir. Buna baxmayaraq, hələ də onun müddəalarına tam şəkildə əməl olunmur. Belə olan halda imzalanacaq sülh müqaviləsinin şərtlərinə də tam şəkildə əməl ediləcəyinə təminat yoxdur”.

Bunu Medonline.az-a açıqlamasında AĞ Partiyanın başqanı Tural Abbaslı deyib.

AĞ Partiya başqanının fikrincə, bütün bunlarla yanaşı Azərbaycan özünün irəli sürdüyü şərtlərdən geri durmaq fikrində deyil:

“Bunu da nəzərə almaq lazımdır. Bir çox hallarda bu şərtləri Ermənistan, eləcə də erməni xalqı, müxalifəti qəbul eləmək istəmir. Belə olan halda sülh müqaviləsinin imzalanacağı mümkün görünmür. Fikrimcə, biz Ermənistanı sülhə məcbur etmə addımlarını davam etdirməliyik. İrəvan indiki şərtlərlə, bizim nəzərdə tutduğumuz formatda sülh müqaviləsi imzalamayacaq”.

“Bəs delimitasiya və demarkasiya işləri hansı ilin xəritələrinə əsasən həll oluna bilər?” – sualına AĞ Partiya başqanının cavabı birmənalı olub:

“Təbii ki, burada bir xəritədən söhbət gedə bilər. Bu məsələdə hakimiyyət hansı qərarı verəcəksə, bu onların qərarıdır, amma mənim fikrimi soruşursunuzsa, mən 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin xəritələri üzərində delimitasiya və demarkasiya işlərinin aparılmasının tərəfdarıyam. Çünki həmin ərəfələrdə həmin xəritələr Fransada, Versal Sülh Konfransında de-fakto formada qəbul olunmuşdu. Bundan sonra sovet işğalı baş vermişdi. Sovet işğalından sonra bizim ərazilər xalqımızın iradəsinə zidd olaraq Ermənistana və digər ölkələrə güzəştə gedilmişdi. Ona görə də mən birmənalı olaraq Azərbaycan və Ermənistan arasındakı gerçəkləşməli olan delimitasiya və demarkasiya məsələlərində 1918-20-ci illərin xəritələrinin əsas götürülməsinin tərəfdarıyam”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code