ABŞ-ın Türkiyə qərarı ölkəni qarışdırdı – “Məğlub olduq”

0
21

ABŞ-ın F-16-ların Türkiyəyə şərtlərlə satışını nəzərdə tutan qanun layihəsini rədd etməsi Yunanıstanda hökumətlə müxalifəti üz-üzə qoyub.

Medonline.az xəbər verir ki, keçmiş baş nazir və ana müxalifət lideri Aleksis Çipras hökuməti sərt sözlərlə tənqid edib.

Yunanıstan Baş naziri Kiryakos Mitsotakis ABŞ-a son səfəri zamanı ölkəsinə F-35 verilməli olduğunu deyərək, Türkiyəyə F-16 verilməməsini tələb etmişdi. Çipras bunu xatırladaraq deyib: “ABŞ Senatının Türkiyəyə F-16-ların satışı ilə bağlı qərarı Mitsotakis doktrinasının son dərəcə ciddi məğlubiyyətidir”.

“Senatın F-16 döyüş təyyarələrinin satışını məhdudlaşdıran şərtləri rədd etməsi ilə Türkiyə nəinki “cəzalandırılmır”, həm də Yunanıstanın suverenliyinə birbaşa meydan oxuduğu və Liviya ilə yeni anlaşmalar imzaladığı üçün mükafatlandırılır”, – Çipras bildirib.

Çiprasın partiyası SİRİZA da Mitsotakis və komandasını milli maraqlar üçün getdikcə daha təhlükəli olmaqda ittiham edib.

 

SİRİZA-nın ittihamına hökumətin cavabı gecikməyib. Yunanıstan hökumətinin sözçüsü Yannis Okonomu SİRİZA-nın Türkiyənin “Anadolu” Agentliyi kimi danışdığını söyləyib.

Bundan sonra Çipras hökuməti növbəti dəfə tənqid edib:

“Nə qədər ki, Türkiyə suveren hüquqlarımıza meydan oxuyacaq, baş nazir sanksiya məsələsini qaldırmağa cəsarət etməyəcək, Ərdoğan eyni cəsarətini nümayiş etdirməyə davam edəcək”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code