Baydendən Zelenskiyə XƏBƏRDARLIQ: “Çətin olacaq…”

0
21

ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenskiyə xəbərdarlıq edib ki, Kiyev Amerikanın kifayət qədər dəstəyindən şikayətlənməyə davam edərsə, Vaşinqtonun maliyyə yardımını itirə bilər.

Medonline.az xəbər verir ki, bu barədə oktyabrın 11-də Ağ Evin keçmiş rəsmisinə istinadla “The Washington Post” qəzeti yazıb.

“Bayden Ukrayna lideri ilə şəxsi söhbətində deyib ki, əgər Zelenski nankor görünsə və bunun kifayət etmədiyini söyləməyə davam etsə, Konqresdən pul istəmək onun üçün çətin olacaq”, – materialda deyilir.

Qeyd olunur ki, Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Zelenski dəfələrlə və açıq şəkildə Amerika Birləşmiş Ştatlarını və digər Qərb ölkələrini Kiyevə böyük miqdarda yardım və müasir silahlar göndərməyə və Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməyə çağırıb.

Nəşr rəsmi açıqlamalarında qeyd edir ki, Bayden Vaşinqtonun Ukrayna tərəfinə milyardlarla dollar yardımı davam etdirəcəyini israr edir.

Günün əvvəlində ABŞ-ın maliyyə naziri bildirib ki, Vaşinqton yaxın həftələrdə Ukraynaya 4,5 milyard dollarlıq büdcə yardımı verməyə başlamaq niyyətindədir. Bu ödəniş nəzərə alınmaqla, Amerika Birləşmiş Ştatlarının Ukraynaya ümumi iqtisadi yardımı 13 milyard dollar təşkil edəcək.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code