Ruslara ağır zərbə: Şiddətli döyüşlər gedir

0
24

Ukrayna Silahlı Qüvvələri 4 yaşayış məntəqəsində rus ordusunun hücumlarını dəf edib, silah və hərbi texnikanın cəmləşdiyi 20 ərazinin, həmçinin 4 hava hücumundan müdafiə sisteminin məhv edilməsi təsdiqlənib.

 Medonline.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz “Facebook” səhifəsində məlumat yayıb.

“Ötən sutka ərzində Müdafiə Qüvvələrinin bölmələri Ozaryanivka, Kamenka, Pervomayskoye və Nevelskoye yaşayış məntəqələri ərazilərində rusların hücumlarını dəf edib”, – məlumatda deyilir.

Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası qarşı tərəfin mövqelərinə 24 zərbə endirib

 

“Rusların silah və hərbi texnikasının cəmləşdiyi 20 ərazinin, eləcə də 4 zenit-raket kompleksinin məhvi təsdiqlənib. Bundan başqa, Ukrayna hava hücumundan müdafiə bölmələri rusların 1 Su-25 təyyarəsini, 3 PUA-nı vurub. Əvvəlki gündə 3 ədəd Kh-59 idarə olunan hava raketləri məhv edilib”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code