Putin Ukraynanı hədələdi

0
24

Ukrayna hakimiyyəti terror aktlarını təşkil etməyə davam edərsə, Rusiya sərt cavab verəcək.

Medonline.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında deyib.

Onun sözlərinə görə, Krım körpüsünün partladılmasının arxasında Ukrayna dayanır.

“Kriminal və digər ekspertizaların nəticələri, eləcə də əməliyyat məlumatları oktyabrın 8-də baş verən partlayışın terror aktı olduğunu göstərir. Bu, Rusiyanın mülki əhəmiyyətli infrastrukturunu məhv etmək məqsədi daşıyan terror aktıdır. Terror aktının sifarişçiləri, təşkilatçıları və icraçıları Ukrayna xüsusi xidmət orqanlarıdır”, – Putin bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarından Rusiya ordusu Ukrayna şəhərlərinə ardıcıl zərbələr endirir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code