Alimlər ilk dəfə insanın ölüm anında nə gördüyünü müəyyən etdi… – İNANILMAZ

0
24
“Ölümdən öncə insanın bütün həyatı gözləri önündə canlanır…”
 

 

 
 
 
 
 
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

 

Bu, artıq təkcə poeziya deyil, elmi cəhətdən sübut edilən ideyadır…”
 
“Biz rahat olacağıq, çünki yaxınlarımız bizi tərk edərkən onların zəkası öz həyatlarının ən gözəl anlarını yenidən yaşayır…”
 
Belə hesab edilir ki, ölüm təhlükəsi zamanı insanın həyatı gözləri önündən ötüb keçir.
 
Amerika alimlərinin yeni tədqiqatı bunu qismən sübut edib və göstərib ki, biz öldüyümüz anda beynimiz “xoşbəxt xatirələri” yaşamaq qabiliyyətindədir.
 
Moderator.az xəbər verir ki, bu barədə “Detaly” nəşri yazıb.
 
Müasir cəmiyyətdə insanın ölüm qabağı nə hiss etdiyi barədə təsəvvürlər elmi-fantastik ədəbiyyat və ya paranormal hadisələr haqqında filmlərdən qaynaqlanır.
 
Bununla yanaşı, ölüm anında bizimlə nə baş verməsi həyatın ən böyük sirlərindən biri olaraq qalır.
 
Tədqiqatçılar insanın son nəfəsi zamanı nə hiss etdiyini anlamağa yenidən cəhdlər edir.
 
Bu dünya ilə o biri dünya arasındakı anlarda şüur varmı? Və həyatın sonu nəyə daha çox bənzəyir-yuxuya, yoxsa əbədiyyətə doğru yavaşça dreyf etməyə?
 
“Ölüm insan və onun yaxınları üçün unikal təcrübədir, – bunu “Viktoria’s Palliative Care South East” palliativ yardım üzrə mütəxəssis doktor Patrik Stiv deyir. – Bu, ölümü yaşayarkən keçirilən fizioloji dəyişikliklərdən nəsə daha çox nəsnədir. 
 
Məsələn insanın şəxsiyyəti, xəstəliyinin ağrılığı, ailə və dostlarının dəstəyi, sağalmaz xəstəliyinin müddəti və onun mənəviyyatı”.
 
Lakin ölüm prosesi zamanı orqanizmdə hər halda müəyyən fizioloji dəyişikliklər baş verir. 
 
“Tənəffüsün normal göstəriciləri dəyişə bilər,- mütəxəssis izah edir. – Bəzən onlar daha surətlə, bəzən daha asta ola bilər. Həyatın son günlərində nəfəs vermə arasında müddəti çox olan dövrlər ola bilər. Belə tənəffüs həyatın sonunda daha səs-küylü ola bilər. Bu da ölən adamı yox, onun ətrafdakılarını daha çox narahat edir. 
 
Ölümdən sonra beynimiz həyatın ən gözəl anlarını görürmü?
 
Bu ilin fevralında “Frontiers in Aging Neuroscience” jurnalında dərc edilən tədqiqat göstərib ki, bizim beynimiz ölüm zamanı və, mümkündür ki, hətta ölümdən sonra da fəal qalsın.
 
O zaman mütəxəssislər təsadüfən ən mürəkkəb orqann həyatın son dəqiqələrində göstəricilərini qeydə alıb, unikal “ölüm şəkli” əldə edib.
 
Hesabata görə, beynin qıcolma fəaliyyətinin öyrənilməsi zamanı qəflətən vəfat etmiş 87 yaşlı kişinin belə nəticələri alınıb.
 
Pasiyent epilepsiyadan müalicə alıb, ona görə də onun beyninin elektrik fəallığının fasiləsiz ölçən EEQ-a qoşulub.
 
Lakin müayinə prosesində kişidə qəflətən ürək tutması baş verib və ürəyi dayanıb.
 
Bu zaman EEQ aparatı işləməkdə davam edib. Ona görə də həkimlər ölüm anında insan beyninin aktivliyinin sxemini tərtib etməyə imkan verən unikal məlumat əldə edib. 
 
Məsələn, hafizənin bərpası, meditasiya və yuxugörmələr kimi proseslərlə əlaqəsi olan qamma-dalğalar kimi tanınan spesifik beyin dalğalarının qısamüddətli artması qeynə alınıb.
 
Bu o demək ola bilərdi ki, ölən adam həyatının ən yaxşı xatirələrindən seçmələri görmək qabiliyyətinə malikdir, bu da ölüm prosesini daha az tündləşdirir.
 
Tədqiqat rəhbəri, ABŞ-ın Luisvill universitetindən neyrocərrah, doktor Acmal Zimar güman edib ki, onların kəşfi ədəbiyyatda və cəmiyyətdə belə bir populyar ideyanın sübutudur ki, ölümdən öncə insanın bütün həyatı gözləri önündə canlanır. 
 
“Bu tədqiqatdan çıxardığımız nəticə bizi nisbətən rahat edir,- o deyib. – Bizim yaxınlarımız gözləri bağlı halda bizi tərk edərkən onların zəkası həmin an öz həyatlarının ən gözəl epizodlarının bəzilərini yenidən yaşaya bilir”.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code