Nərimanov və Kürdəxanı Tibb Mərkəzlərinin işgüzar kollektivinə təşəkkür edirik!

0
31

Elə bir ailə yoxdu ki, ağxalatlı tibb işçisinə möhtac olmasın.Hippokrat andına sadiq insanlar öz peşə borclarını vicdanla yerinə yetirəndə əmin olursan ki, həyat var və insanlıq yaşayır. Biz, dəfələrlə şahid olmuşuq ki, Bakı şəhər Təxirəsalınmaz Təcili Tibbi Yardım Mərkəzinin 14 nömrəli Bölməsinin Kürdəxanı filialının və Kürdəxanı Tibb Mərkəzinin əməkdaşları necə ürəklə öz vəzifə borclarını yerinə yetirirlər. Bu günlərdə Kürdəxanı qəsəbə sakini, 62 yaşlı Umnisə İmamverdiyevaya tibbi yardım göstərilərkən bir daha bunun şahidi olduq. Diqqət və qayğıya görə Kürdəxanı Tibb Mərkəzinin baş həkimi xanım Ceyran Əhmədova, həkimlər-Afaq Qarayeva, Aytən Məmmədova, həmçinin, Bakı şəhər Təxirəsalınmaz Təcili Tibbi Yardım Mərkəzi 14 nömrəli bölməsinin Kürdəxanı filialının əməkdaşlarına, xüsusən, həkim Elxan Sədirov, tibb bacıları-Gülər xanım İsmayılova, Səidə xanım Ələkbərova və sürücü Emin Qasımova təşəkkür edirik! Biz, eyni zamanda, xəstə Umnisə İmamverdiyevanın müalicəsini düzgün qaydada təşkil edən Nərimanov Tibb Mərkəzinin rəhbərliyinə, şəxsən baş həkim, hörmətli Fazil Alməmmədov, qəbul şöbəsinin müdiri Ağca xanım Babayeva və həkim Aygün xanım İbadovaya minnətdarıq.
Allah Sizdən 1.000 kərə razı olsun.

Şamil Sabiroğlu,
“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, müharibə veteranı, jurnalist.
Bakı, 06.10.2022.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code