Bakıda 11 nəfərə pul atan “işgüzar” qadınla bağlı – Qərar

0
21

Dələduzluqda təqsirləndirilən “Run Group” şirkətinin prezidenti İranə Talışxanova barəsində olan məhkəmə hökmündən apellyasiya şikayətinə baxılıb.

Medonline.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

İranə Talışxanovanın barəsində bəraət hökmünün çıxarılması ilə bağlı verdiyi şikayət təmin olunmayıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İranə Talışxanova 9 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq orqanı tərəfindən İranə Talışxanova Cinayət Məcəlləsinin 178.3.2-ci ( külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub. Cinayət işi üzrə 11 nəfər zərərçəkən şəxs qismində tanınıb. Zərərçəkənlər arasında Türkiyə vətəndaşları da var.

Zərərçəkənlərin hər birinə iş qurmaq adı altında dələduzluq edilib.

Tikinti şirkətlərinin rəhbərlərindən həmin layihələrin icrasının onlara verilməsi qarşılığında külli miqdarda pul alıblar. İranə Talışxanova və sevgilisinin iş adamlarına təklif etdiyi layihələrin dəyəri 150-200 milyon civarında olub.

O, qeyri-rəsmi münasibətdə olduğu Rəşad Cəfərovla birlikdə özlərini milyonlarla dəyəri olan layihələrin icraçısı kimi təqdim edib.

Rəşad Cəfərov da həbs edilib və 5 il müddətinə azadlıqdan məhrum olunub.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code