“Kəlbəcərdən əməliyyata başlamaq Nəcməddin Sadıxovun ideyası idi” – ŞOK İDDİA

0
20
 
 
 
 
Polkovnik Rövşən Məhərrəmov: “Murovdağ silsiləsindən Ağdərə istiqamətinə əməliyyat planı, məhz bu ərazidən ilk olaraq əməliyyata başlamaq xəyanət olub”
 
27 sentybar Anım Günündə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev son dərəcə maraqlı, sensasion bir açıqlama verib.
“Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında gerçəkləşdirilən mühüm ideya və yanaşmalar Azərbaycan sərhədçilərinin düşmən üzərində böyük zəfərin əldə olunmasında yüksək səviyyəli iştirakına zəmin yaratdı” deyən E. Quliyev qeyd edib ki, 2020-ci ilin sentyabr ayında İlham Əliyev Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Silahlı Qüvvələrimizə əks-hücum əməliyyatlarına başlanılması barədə döyüş tapşırığı verdi: “Döyüş əmrini alan Dövlət Sərhəd Xidməti dərhal bütün qüvvə və vasitələrini tam səfərbər etdi. İlkin olaraq Azərbaycan sərhədçiləri döyüş əməliyyatlarına Kəlbəcər istiqamətindən başlamalı idilər. Döyüşlər başladıqdan sonra Prezident İlham Əliyev keçirdiyi xidməti-döyüş müşavirəsində böyük sərkərdəlik məharətini nümayiş etdirərək hücum istiqamətimizi dəyişdi, sərhədyanı və Araz çayı boyu hərəkətə keçmək əmrini verdi”.
 
Nəzərə çatdıraq ki, Vətən müharibəsi zamanı və postmüharibə dövründə xəbərlər yayılmışdı ki, döyüşün ilk günlərində Kəlbəcər istiqamətindən əməliyyatlara başlamaq kimi yanlış taktikanı o vaxt Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olan Nəcməddin Sadıxov qurubmuş. Buna döyüş əməliyyatları üzrə məsul generallar etiraz etsə də, N.Sadıxovun ilk gün özfəaliyyət edərək, döyüş əmri verdiyi və bir qrup hərbçimizin təxribata məruz qalmasına baiskar olduğu haqda daha əvvəllər də qeyri-rəsmi şəxslərin açıqlamaları olub.
 
Bir çoxları bunu Nəcməddin Sadıxovun “beşinci kolon” təmsilçisi kimi təxribatı hesab edir.
 
Elçin Quliyevin açıqlamasından bir daha aydın olur ki, Ali Baş Komandan bu taktikanı ilk gündəcə dəyişib və dərhal bütün əməliyyat planını şəxsən öz nəzarətinə alıb və bütün döyüş taktikalarını özü qurub.
 
Bir faktı qeyd edək ki, döyüşlərin ilk günlərindən şübhəli fəaliyyəti ifşa edilən Nəcməddin Sadıxov təcrid edilib, döyüş əməliyyatından uzaqlaşdırılıb.
 
Ancaq görünən budur ki, hərbi cinayət hesab oluna biləcək davranışlarına rəğmən Sadıxov hələ də məsuliyyətə cəlb olunmayıb.
 
Bunun səbəbi nədir? Onu qoruyan Kremldirmi?

 

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code