Hindistanın Ermənistana 250 milyonluq texnika və YARS satacağı haqda məlumat yayıldı…

0
21

Ermənistanın Hindistanla silah, o cümlədən “Pinaka” yaylım atəşi raket sistemlərinin(YARS) alınması haqda artıq müqavilə bağladığı barədə məlumatlar yayılıb.

Medonline.az xəbər  verir ki, erməni teleqram-kanallarının bəzi Hindistan KİV-nə istinadla yaydığı məlumata görə, yaxın vaxtlarda Ermənistan Hindistan istehsalı olan “Pinaka” YARS-ları və onlar üçün raketlərin tədarükünə başlayacaq.

Müxtəlif döyüş başlıqları olan raketlərin atış məsafəsi 37,5 km-dən 60 km-dəkdir. Modernləşdirilmiş  raketlər  isə 90 və 120 km məsafəyə uça bilir. Bu YARS-da 44 saniyəyə buraxıla bilən 12 raket var. Həmin sistemlər uzaqdan idarəetməyə də malik ola bilər.

Silah təarükü ilə bağlı Ermənistan-Hindistan müqaviləsinnin məbləğinin təxminən 250 milyon dollar olduğu bildirilir.

Məlumdur ki, 6 buraxılış qurğusu, 6 doldurucu maşın, 3 əlavə avtomobil, 2 komanda məntəqəsi və bir hava radarı 54 milyon dollara başa gəlib.

Bundan əvvəl Ermənistan artıq Hindistandan “Swathi” əks-batareya radio-lokasiya radarını alıb.

Xatırladaq ki, bir neçə gün öncə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan qəsbkar ölkənin Hindistandan silah almaq planları barədə ümumi məlumat verib.
 
“Ermənistan Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti Hindistanda aidiyyəti sahə üzrə məsul şəxslərlə bir araya gələrək, bir neçə silah sistemi ilə tanış olub. Onların arasında xüsusi diqqət cəlb edən silahlar da var”, – deyə Ovannisyan öz “Facebook” hesabında qeyd edib.
 
Həmin ərəfədə Hindistan KİV-lərində də qeyd olunub ki, Ermənistan Hindistanın “Silahlanma Tədqiqatı və Təkmilləşdirmə Qurumu” (ARDE) tərəfindən ərsəyə gətirilən “Pinaka” raket sisteminin tədarükünə marağını ifadə edib.
 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code