Zelenski FƏRMAN verdi: Luqanskda 20 hərbi administrasiya yaradılır

0
24

Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın nəzarət etmədiyi Luqansk ərazisində 20 hərbi administrasiyanın yaradılması haqqında fərman imzalayıb.

Medonline.az xəbər verir ki, bu barədə “Ukrinform” məlumat yayıb.

Fərmanda Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına bu administrasiyaların yaradılması ilə bağlı fəaliyyət göstərməyi tapşırıb.

Qeyd olunur ki, bu sənəd dərc edildiyi gündən qüvvəyə minir.

Bundan əvvəl Vladimir Zelenski Kiyevin nəzarətində olmayan Xerson şəhər hərbi administrasiyasına rəhbər təyin etmişdi.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code