Bayden “Dağlıq Qarabağ xalqı” ilə nə demək istəyir?

0
9

ABŞ prezidenti Co Baydenin Ermənistanın müstəqillik günü münasibətilə Nikol Paşinyana ünvanladığı təbrik məktubunda “Dağlıq Qarabağ xalqı” qeydi diqqət çəkir.

“Biz Dağlıq Qarabağ xalqı da daxil olmaqla münaqişənin sülh yolu ilə həllini təşviq etmək üçün sizinlə və qarşı tərəflə işləməyə davam edəcəyik” – Bayden deyir.

“Dağlıq Qarabağ xalqı” ifadəsi müharibədən sonrakı gündəliyə uyğun deyil. Münaqişənin “bitmədiyi” iddiasının davamlı tirajlandığı Qərb yarımkürəsində Avropa İttifaqı Qarabağda qalan erməniləri “Qarabağın etnik erməniləri” ifadəsi ilə daha doğru təsnif etmişdi. Baydenin “Dağlıq Qarabağ xalqı” qeydi isə Qarabağdakı erməniləri “tərəf” kimi göstərmək cəhdidir.

Münaqişənin bitmədiyini deyən ABŞ prezidentinin sözlərinin izahı belədir ki, Vaşinqton “həll yolunu” tapmaq məqsədilə həm Ermənistan, həm Azərbaycan, həm də “Dağlıq Qarabağ xalqı” ilə işləyəcək.

Vaşinqtonun bütün cəhdləri Cənubi Qafqaza qayıtmağa, təsir imkanlarını gücləndirməyə hesablanıb, lakin “yanlış ata oynadıqları” da ortadadır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code