Azərbaycan Milli QHT Forumunun Ermənistan silahlı qüvvələrinin Daşkəsən,Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatı ilə əlaqədar bəyanatı

0
13

Təəssüflə bildiririk ki, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 12-də gecə saatlarında
beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarını, fundamental insan hüquqlarını,
Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış
üçtərəfli Bəyanatın şərtlərini növbəti dəfə qəsdən və kobud şəkildə pozaraq Azərbaycan-Ermənistan
dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətmişdir.
Baş vermiş hərbi təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 50 nəfər hərbiçisi şəhid olmuş,
hərbi və mülki infrastruktura böyük ziyan dəyməsinə, xidməti vəzifələrini yerinə yetirən mülki
insanların və hərbi qulluqçuların təhlükəsiz yaşamaq, sağlamlıq hüquqlarının pozulmasına səbəb
olmuşdur.
Ermənistan silahlı qüvvələrinin diversiya qrupları tərəfindən törədilən növbəti genişmiqyaslı hərbi
təxribatı, xüsusilə də qaranlıq hava şəraitində ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını
istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan ərazilərinin, xüsusilə geniş bərpa-quruculuq
işlərinin aparıldığı yerlərin, təminat yollarının minalanmasını kəskin şəkildə pisləyirik.
Son zamanlar ölkəmizin işğaldan azad olunmuş ərazilərində aparılan minatəmizləmə fəaliyyəti
nəticəsində aşkar edilmiş minaların 2021-ci il tarixində Ermənistanda istehsal olunduğunu təsdiq edən
faktların üzə çıxması, Ermənistanın kommunikasiyaların və nəqliyyat marşrutlarının açılmasında
maraqlı olmaması, eləcə də sülh danışıqlarına dəstək verməməsi bu ölkənin sülh prosesində maraqlı
olmadığını göstərir.
Beynəlxalq humanitar hüquq normalarına zidd olaraq, Azərbaycana qarşı etnik nifrət və düşmənçilik
niyyəti ilə qəsdən və məqsədli şəkildə, insanların həyat və sağlamlığına ciddi ziyan vurmaq üçün
AZƏRBAYCAN MİLLİ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI FORUMU NATİONAL NON-GOVERNMENTAL
ORGANİZATİONS FORUM OF AZERBAIJAN
Azərbaycan Respublikası Bakı şəhəri AZ 1100
Bakı şəhəri, Yasamal rayonu, Mətbuat pr.529
Mətbuat Str 529, Yasamal district
Baku, AZ 1100, Azerbaijan Republic
Mobil: (+99477) 415-15-15, 415-11-11 E-mail: azngoforum@gmail.com

Faks: (+99412) 493-57-41

törədilən bu kimi hərbi təxribatları fundamental hüquq və azadlıqların kobud pozulması faktı kimi
qiymətləndiririk.
Ermənistan bu addımı ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən geniş bərpa-quruculuq
işlərini ləngitməyə, beləliklə də, keçmiş məcburi köçkünlərin öz tarixi yurdlarına qayıdışı prosesini
yubatmağa çalışır.
Bununla yanaşı bildirmək istəyirik ki, bundan əvvəlki təxribatlarda olduğu kimi sentyabrın 12-də
gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın
istiqamətlərində genişmiqyaslı təxribatlara görə birbaşa Ermənistanın siyasi və hərbi rəhbərliyi
məsuliyyət daşıyır.
Beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə müraciət edərək, Azərbaycan vətəndaş cəmiyyəti
olaraq Azərbaycan Silahlı Qüvvələrinin respublikamızın ərazi bütövlüyünün təmin edilməsi,
Ermənistanın təxribatlarının qarşısının alınmasında həyata keçirdiyi tədbirləri və regionda
təhlükəsizliyin təmin olunması, dayanıqlı sülhün, ədalətin bərpa olunması üçün bütün mütərəqqi
addımları dəstəkləyir, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini minalarla
çirkləndirməyə, azad edilmiş ərazilərimizdə aparılan geniş bərpa-quruculuq işlərini və keçmiş
məcburi köçkünlərin öz doğma yurdlarına geri qayıtmalarının qarşısını almağa çalışan, regionda
ədalətli və dayanıqlı sülhün bərqərar olması üçün ciddi maneə yaradan, fundamental insan hüquq və
azadlıqlarını kobud şəkildə pozan Ermənistanın təxribat əməllərinə dərhal və sərt reaksiya verməyə
çağırırıq.
Hörmətlə
Rauf Zeyni,
Azərbaycan Milli QHT Forumunun prezidenti

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code