Müğənni Gülşənin həbsinə səbəb bu sözlər oldu – FOTO/VİDEO

0
12

xxx

Konsertində İmam Hatip liseyi şagirdlərinə dediyi sözlərə görə nəzarətə alınan müğənni Gülşən Sülh Cəza Hakimliyi tərəfindən həbs edilib.

Medonline.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Gülşənə qarşı İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Türkiyə Cəza Məcəlləsinin 216-cı maddəsi çərçivəsində “xalqı kin və düşmənçiliyə sövq etmək və ya təhqir etmək” maddəsi ilə istintaq başladılıb.

Prokurorluğun təlimatı ilə polis qrupları hərəkətə keçib. Beşiktaşdakı evində saxlanılan Gülşən istintaqı aparan prokurora ifadə vermək üçün İstanbul Ədliyyəsinə aparılıb.

O, prokurorluğa verdiyi ifadədən sonra həbs edilib.

Gülşən sosial media hesabında paylaşdığı paylaşımda dediyi sözlərə görə ictimaiyyətdən üzr istəyib.

Qeyd edək ki, daha əvvəl Gülşənin konsertlərindən birində dediyi “İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir” sözləri həmin liseydə oxuyanları və məzunları, eləcə də dindarları qəzəbləndirib. Tviterdə Gülşənin həbs olunması üçün #gulsentutuklansın həştəqi ilə yüzlərlə paylaşım edilib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code