Azərbaycanın Cənub bölgəsində milli vətənpərvərlik ruhunda tədbirlərin sayı günü-gündən artır

0
7

Respublikamızın ərazi bütövlüyünün bərpasında bütün bölgələrin sakinlərinin, o cümlədən də cənubluların xüsusi xidmətləri var.  Tarixə Böyük Vətən müharibəsi kimi daxil olmuş və 1941-1945-ci illərdə davam edən savaşda Tank Qoşunları General-mayoru Həzi Aslanov 2 dəfə Sovet İttifaqı adını qazanaraq həm doğulduğu rayonun, həm də bütöv Azərbaycanın başını uca etdi. İstər I, istərsə də II Vətən savaşında  Lənkəran, Biləsuvar, Masallı, Cəlilabad, Yardımlı, Astara və Lerik rayonunun ləyaqətli övladları şəxsi igidlik nümunələri göstərdilər. Bu oğullardan kimininsə taleyinə şəhidlik, kimisinə qazilik, kimisinə də müharibə iştirakçısı olmaq düşdü. Sağ qalanların borcudur ki, şəhidləri və dünyasın dəyişənləri unutmasın.

            Astara rayonunda da gözəl ənənə var. Burda milli vətənpərvərlik ruhunda tədbirlər keçirilir. Bu günlərdə rayonun Toradi kəndində I və II Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilən Xatirə Kompleksinin açılış mərasimi oldu. Mərasim Astara rayonu Toradi kənd Diyarşünaslıq Klubunun dəstəyilə baş tutdu. Azərbaycanın Dövlət Himni səsləndi, şəhidlərin xatirəsi 1 dəq.sükutla yad edildi. Astara rayonu İcra Hakimiyyəti Başçısının Astaxanakaran kəndi üzrə Nümayəndəsi Səlahəddin Əliyev, RF Buryatiya Respublikasının Selinqa şəhərində yaşayan Cəmil Hüseynov, Qazaxıstanda yaşayan diaspor fəalı İsmayıl müəllim, şəhid ailələri adından isə Muhəddin müəllim, Etibar Əliyev, Orucəli Babayev, Rizvan Qurbanov və başqaları çıxış etdilər. Şairə Mərifə Əzizqızı və Toradi Diyarşünaslıq Klubunun üzvləri Vətənə, torpağa həsr edilən şeirlər söylədilər.

            Qeyd: xatırladıram ki, Xatirə Kompleksinin hazırlanmasına RF-nin Buryatiya Respublikasında yaşayan Cəmil Hüseynov, Qazaxıstanda yaşayan İsmayıl müəllim və başqaları maddi yardım etmişlər.

                  Şamil Sabiroğlu,

“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri,

medonline.az və sabiroghlu.az saytlarının baş redaktoru, müharibə veteranı.

              Bakı, 26.08.2022.  

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code