Paşinyan DALANA DİRƏNDİ – Orduya ayırmağa pul tapmır

0
8

“Ermənistanda pul qarşılığında orduda xidmətdən imtina etmək sosial münasibətlərdə böhrana səbəb olacaq. Nikol Paşinyan hökuməti təklif verib ki, 24 milyon dram (94 min 279 manat) ödəməklə, çağırışçılar cəmi 4,5 ay orduda hazırlıq mərhələsindən keçərək hərbi bilet ala bilərlər. Bu layihə tamamilə qəbuledilməzdir.

Medonlin.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının katibi, müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının üzvü Tiqran Abramyan öz “Facebook” səhifəsində yazıb.

Erməni deputatın fikrincə, bu addım nəinki ölkədə sosial ədalətsizliyin yeni həddinə, həm də sosial münasibətlərdə böhrana gətirib çıxaracaq:

“Bundan əlavə, bu, düşüncənin, ideyanın, konseptuallığın dalana dirənməsinə aparan təşəbbüsdür. Bu təşəbbüsün motivləri olduqca təhlükəlidir. Paşinyanın komandası düşünür ki, bu addım orduda müqavilə ilə işləyənlərin maaşlarını artırmağa imkan verəcək. Yəni bizi inandırmaq istəyirlər ki, ölkədə pul yoxdur, yaxud ölkənin müdafiəsini yerinə yetirən müqaviləli kadrların maaşını artırmağa büdcədə pul tapılmır. Halbuki Ermənistanda büdcədən qidalanan çoxlu sayda strukturların böyük mükafat fondları var. Hökumət büdcə pullarını prioritetlərinə uyğun istifadə etmir. Hələ mən onların ifrat səriştəsizliyindən danışmıram. Belə çıxır ki, Ermənistan ordusunda müqaviləli hərbçilərə pul vermək istəmirlər. Ona görə də min hoqqadan çıxırlar. Paşinyanın və komandasının parlamentdə belə bir məsələni müzakirəyə çıxarması, orduya da, sıravi əsgərlərə də, zabitlərə də ən ağır zərbədir. Bu o deməkdir ki, Paşinyan və tükənmiş komandası dalana dirənib, ona görə də çıxış yolu tapa bilmirlər”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code