NATO Ukraynaya illərlə DƏSTƏK verəcək – Stoltenberq

0
9

“NATO ölkələri Rusiyanın hərbi təcavüzünə qarşı mübarizədə Ukraynaya illər uzunu dəstək ola bilər”.

Medonline.az xəbər verir ki, bunu Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, Putin bir neçə gün ərzində Ukraynaya qalib gələcəyini düşünərək, böyük səhvə yol verib:

“Müharibə artıq 6 aydır davam edir. Rusiya böyük itkilər verib. Ukrayna döyüşərək şimalda Kiyev ətrafında və şərqdə Xarkov ətrafındakı əraziləri geri ala bildi. Həmçinin Donbasdakı hücumu dayandırmağı bacardı. Lakin müharibələr təbiətinə görə gözlənilməzdir. Biz Rusiyanın işğalını dəqiq proqnozlaşdıra bildik. Bu barədə ötən payızda xəbərdarlıq etmişdik. Amma müharibənin necə davam edəcəyini proqnozlaşdırmaq mümkün deyil”.

O qeyd edib ki, Qərb ölkələrinin vəzifəsi “Müharibənin Ukrayna üçün məqbul sayılacaq nəticə ehtimalını maksimuma çatdırmaqdır”.

“Bizim edə biləcəyimiz şey Ukraynaya hərbi, maliyyə, humanitar və iqtisadi dəstək verməkdir”, – NATO-nun baş katibi deyib.

Onun sözlərinə görə, Qərb həm Kiyevlə həmrəylik baxımından, həm də öz maraqlarını qorumaq baxımından Ukraynanı dəstəkləməyə davam etməlidir:

“Axı dövlətlər qonşularını işğal edə bilməzlər. Buna icazə verilərsə, dünyada NATO-nun müttəfiqlərinə qarşı müharibə və təcavüz riski artacaq. Bizim NATO olaraq iki rolumuz var: birincisi, yaxın tərəfdaş olan Ukraynanı dəstəkləməliyik. Digər vəzifə isə müharibənin daha da qızışmasının qarşısını almaqdır. Biz bunu Rusiyaya açıq mesaj verməklə edirik. Bizim əsasnamənin 5-ci maddəsi – kollektiv müdafiə öhdəliyimiz danılmazdır. Müttəfiqimizə hücum bütün alyansın sərt cavabına səbəb olacaq”, – Stoltenberq bildirib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code