Bu, Putinin deyil, onların müharibəsidir – Vavrşik

0
8

“Rusiya-Ukrayna müharibəsi Vladimir Putinin müharibəsi deyil, çünki bu müharibəni prezident aparmır, savaş meydanında vuruşan ruslardır”.

Medonline.az xəbər verir ki, bunu Polşa Xarici İşlər nazirinin müavini Pyotr Vavrşik deyib.

“Bu, rusların müharibəsidir. Əgər onların ailələri bunu başa düşmürlərsə, yaxınları Ukraynada baş verənləri başa düşə bilmirlərsə, hesab edirəm ki, onlar da buna görə məsuliyyət daşımalıdırlar. Çünki Putin öz cəmiyyətinin dəstəyini qazanmasaydı, yəqin müharibə aparmazdı. Hər şeyə rəğmən, o, rusların onun siyasətini necə qiymətləndirdiyinə həssas yanaşır”, – deyə Vavrşik bildirib.

Nazir müavini həmçinin qeyd edib ki, ruslara viza verilməsini dayandırmaq istəyən Baltikyanı ölkələr çətin ki, bütün Avropada öz ardıcıllarını tapsın.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code