Stomatoloqun intiharına görə cinayət işi açıldı

0
9

Lənkəranda şəxsin intihar etməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Medonline.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

“Avqustun 21-də Lənkəran şəhər sakini, 1989-cu il təvəllüdlü Müşfiq Bağırovun tikilməkdə olan evinin ikinci mərtəbəsində tavandan özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb”, məlumatda qeyd olunub.

Qeyd edək ki, M.Bağırov stomatoloq işləyirmiş.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code